İmişli və Kürdəmir sakinləri qidadan zəhərlənib

İmişli və Kürdəmir sakinləri qidadan zəhərlənib
# 27 oktyabr 2015 12:35 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə qida zəhərlənməsi hadisəsi qeydə alınıb.


İmişli Gigiyena və Epidemiologiya Mərkəzindən (GEM) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinin “Fin” şəhərciyində məskunlaşan 1983-cü il təvəllüdlü Əliyeva Aygün İbrahimxəlil qızı, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Əliyev Davud Əbdül oğlu və evdə qonaq olan gəlinin qardaşı, Kürdəmir rayonu Dəyirmanlı kənd sakini İsrafilov Hikmət İbrahimxəlil oğlu 6 gün əvvəl yedikləri pomidor turşusundan zəhərləniblər. Oktyabrın 24-də adı çəkilən şəxslərdə ağırlaşmalar müşahidə edilib. Əvvəlcə xəstələr yerli xəstəxanaya yerləşdirilsə də, sonradan hər 3 xəstə Bakı şəhərindəki M. Nağıyev adına Klinik Xəstəxananın toksikologiya şöbəsinə göndərilib. A. Əliyevanın vəziyyəti ağır olduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənən şəxslərdə botulizm xəstəliyinin əlamətləri müşahidə edilir. Qidalardan nümunələr götürülərək laboratoriya göndərilib.

Faktla bağlı İmişli GEM-in mütəxəssisləri tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR