Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından daşınan sərnişinlərin sayı açıqlanıb

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalından daşınan sərnişinlərin sayı açıqlanıb
# 08 iyul 2016 09:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ramazan bayramı günlərində Bakı Beynəlxalq Avtovağzalından bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bayram günlərində, iyulun 5-i 706 reyslə 18 681 sərnişin, iyulun 6-sı 566 reyslə 16 750 sərnişin, 7 iyul tarixində isə 453 reyslə 13 613 nəfər sərnişin daşınıb. Digər günlərlə müqayisədə avtovağzalda ən çox sərnişin sıxlığı 5 iyul tarixində müşahidə olunub.

Ümumilikdə, Bakı Beynəlxalq Avtovağzalında 3 gün ərzində 1 725 reyslə 49 044 sərnişin daşınması həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR