Əfqanıstanın təhsil naziri Azərbaycana gəlir

Əfqanıstanın təhsil naziri Azərbaycana gəlir
# 23 noyabr 2015 14:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əfqanıstanın təhsil naziri Asadullah Hanif Balxi Azərbaycana gəlir.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər 26-27 noyabr tarixlərində baş tutacaq.

O, ISESCO-nun Bakıda keçiriləcək 12-ci Baş Konfransında iştirak edəcək. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR