“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının şimal bölgəsinə səfəri başa çatıb

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının şimal bölgəsinə səfəri başa çatıb
# 19 mart 2016 15:07 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Səkkiz rayonun 200-ə yaxın şagirdi “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə səfərləri başa çatıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, məktəblilər bu gün Xaçmaz rayonunda olublar.

Onlara rayonun tarixi haqqında məlumat verilib. Ağsu, Hacıqabul, Qobustan, Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli məktəbliləri həmçinin Şabran, Qusar və Quba rayonlarında olublar.

2016-cı il martın 16-19-da və 24-27-də “Ölkəmizi tanıyaq” adı altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR