Neftçalada ev yanıb, xəsarət alan var

Neftçalada ev yanıb, xəsarət alan var
# 14 aprel 2016 17:53 (UTC +04:00)

Bakı – APA. Neftçala rayonunda ikimərtəbəli ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Xol Qarabucaq kəndində baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR