Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü İranın Astara rayonunda davam etdirilib - VİDEO

Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü İranın Astara rayonunda davam etdirilib - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2015 18:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü oktyabrın 10-da Astarada (Iran Islam Respubublikası) davam etdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və yüksək texnologiyalar naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən Xarici İşıər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfdən isə müvafiq qurumların yüksək vəzifəli nümayəndələri, habelə sərhədyanı bölgələrin rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl Azərbaycan və İran nümayəndə heyətləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə baxış keçiriblər.

Sonra Astarada (İİR) davam etdirilən Azərbaycan və İran nümayəndə heyətlərinin görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, iqtisadi əlaqələrimizin inkişaf etdiyini vurğulanıb. Qeyd edilib ki, dünən və bu gün keçirilən görüşlərdə müzakirə olunan məsələlər üzrə əsasən razılığa gəlinib. Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qarşılıqlı əməkdaşlığın inkişafında xüsusi önəmini qeyd edərək nəqliyyat dəhlizinin daşımaların dəfələrlə artmasına imkan yaradacağını diqqətə çatdırıb.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı görülən işlər ətraflı müzakirə edilib, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsi, Azərbaycan-İran sərhədində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlərin müzakirə edilməsi məqsədi ilə yaradılmış işçi qrupun hazırladığı təkliflər (Azərbaycan və İran ərazilərində sərhədyanı dəmir yolu xətlərinin çəkilməsi, sərhəd körpüsünün bigə tikintisi, habelə yükaşırma terminalının inşası) üzrə sənədlərin yaxın zamanlarda hazırlanması barədə razılığa gəlinib.

İranın rabitə və yüksək texnologiyalar naziri Mahmud Vaezi Ordubad-Marazad elektrik stansiyasının tikintisi müqaviləsinin yaxın vaxtlarda ratifikasiya olunacağını, Qız qalası-Xudafərin elektrik stansiyası barədə sənədin imzalanmasına dəstək göstəriləcəyini bildirib.

Bundan başqa, görüşdə Azərbaycan ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasında Azərbaycan və İranın Xəzər limanlarının, gəmiçilik şirkətlərinin iştirakı və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılması razılaşdırılıb.

Görüşün sonunda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası çərçivəsində Şimal-Cənub dəmir tolu bağlantısı üzrə işçi qrupunun iclasının protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR