Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu Azərbaycanda keçiriləcək “exit-poll”un metodologiyasını açıqlayıb - FOTO - VİDEO

Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu Azərbaycanda keçiriləcək “exit-poll”un metodologiyasını açıqlayıb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 09:32 (UTC +04:00)

APA-nın məlumatına görə, E. Salmanov deyib ki, Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirəcək.

O qeyd edib ki, “exit-poll” Naxçıvan istisna olmaqla, 118 seçki dairəsi üzrə 210 seçki məntəqəsində keçiriləcək. “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu exit-pollun keçirilməsinə metodoloji dəstək verəcək, “exit-poll”a bağlı təşkilatı işləri isə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi həyata keçirəcək.

B. Jeanbart isə bildirib ki, “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu 15 ildən çoxdur “exit-poll” sahəsində çalışır, bununla əlaqədar Fransa telekanalları ilə əməkdaşlıq edir. O, Yunanıstan, İslandiya və Kanadada “exit-poll” keçirdiklərini, dünyada həm də tədqiqat şirkəti kimi tanındıqlarını nəzərə çatdırıb: “Biz 15 ildən çoxdur “exit-poll” sahəsində çalışırıq, böyük təcrübəmiz var. “Exit-poll” hər dairədə iki seçki məntəqəsində keçiriləcək. Seçki məntəqələri ötən prezident və parlament seçkilərində seçici aktivliyi əsasında seçilib. “Exit-poll” zamanı respondentlərə 4 sual veriləcək, bunlardan biri kimə səs vermələri, digərləri isə yaşları, təhsili və cinsi ilə bağlıdır. Suallar seçicilərin profilini müəyyənləşdirmək üçün lazımdır”.

B. Jeanbart “exit-poll”un nəticələrini keçən parlament seçkilərinin nəticələri ilə müqayisə edəcəklərini də bildirib: “Biz noyabrın 1-də keçiriləcək “exit-poll”da 10 mindən çox seçicinin iştirak edəcəyini gözləyirik. “Exit-poll”un nəticələrinin 70-80 faizinin rəsmi nəticələrlə üst-üstə düşəcəyini gözləyirik. “Exit-poll”un nəticələri seçkilər bitəndən 1,5 saat sonra - saat 20:30-da açıqlanacaq” .


Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 20-də keçirilən iclasında Milli Məclisə seçkilərdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR