Hüquqşünas: “İlhamə Quliyevanın vəsiyyətnaməsi aşkar edilsə əmlakı varisi ilə bölünəcək”

 Hüquqşünas: “İlhamə Quliyevanın vəsiyyətnaməsi aşkar edilsə əmlakı varisi ilə bölünəcək”
# 26 fevral 2016 11:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İlhamə Quliyeva ilə bağlı məhkəmə proseslərində onun hüquqi nümayəndəsi iştirak edə bilər.

Bunu APA-ya açıqlamasında hüquqşünas Müzəffər Baxışov deyib.

O bildirib ki, notarius vasitəsi ilə onun hüquqi nümayəndəsi müəyyən ediləcək: “Azərbaycan qanunvericiliyinə görə, ölən şəxsin varisləri müəyyən edilir. Birinci yerdə övladlar, ikinci yerdə qardaş və bacılar, üçüncü yerdə bacıoğlu, qardaşoğlu, dördüncü və beşinci yerdə digər qohumlar gəlir. Əgər Orxan Nadirov rəsmi şəkildə İlhamə Quliyeva tərəfindən övladlığa götürülübsə, onun varisi Orxan Nadirov hesab oluna bilər. Bunun üçün Orxan Nadirov notariusa yazılı şəkildə müraciət etməlidir. Notarius tərəfindən ona varislik şəhadətnaməsi verildikdən sonra bütün hüquqlar ona keçir”.

M. Baxışov İ. Quliyevanın vəsiyyət etməsi barədə məsələlərə də aydınlıq gətirib. O qeyd edib ki, bu məsələ də qanunla tənzimlənir: “Əgər İlhamə Quliyevanın vəsiyyətnaməsi aşkar edilsə və var-dövlətini başqa bir şəxsə və yaxud hansısa quruma bağışladığı ortaya çıxsa, bu zaman onun varisi var-dövlətdən məcburi qaydada pay ala bilər. Əgər tək varis oğlu tanınsa, var-dövlətin ikidə bir hissəsi ona çatacaq. Çünki varisin məcburi pay almaq hüququ mövcuddur”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ötən gün ürək tutmasından vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR