Naxçıvan Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın  yeni tərkibi təsdiqlənib

Naxçıvan Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın  yeni tərkibi təsdiqlənib
# 08 fevral 2016 10:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın yaradılması haqqında” 2012-ci il 10 dekabr tarixli 103 nömrəli qərarını ləğv edib.

Yeni Komissiyanın sədri Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini, Komissiyanın sədr müavini, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Komissiyanın üzvləri isə Naxçıvan Muxtar Respublikasının təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclər və idman, mədəniyyət və turizm nazirləri, Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təsdiq ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR