Ankara Baş Prokurorluğu 2745 hakim və prokurorun saxlanılması barədə qərar qəbul edib

Ankara Baş Prokurorluğu 2745 hakim və prokurorun saxlanılması barədə qərar qəbul edib
# 16 iyul 2016 20:20 (UTC +04:00)

Bakı-APA. Türkiyədə 2745 ədliyyə, inzibati hakim və prokurorun saxlanılması barədə sanksiya var.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.

Ankara Baş Prokurorluğunun barəsində saxlanılma qərarı verdiyi hakim və prokurorlar “Fətullahçı terror təşkilatına” üzvlük və dəstək verməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu Türkiyənin Cümhuriyyət tarixindəki ən kütləvi saxlanılma qərarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR