Kamal Abdullayev: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qardaş kimi yaşayırlar”

Kamal Abdullayev: “Azərbaycanda müxtəlif  dinlərin nümayəndələri qardaş kimi yaşayırlar”
# 09 fevral 2016 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Azərbaycanda bu gün aparılan düzgün dini siyasət nəticəsində şiələr və sünnilər bir məsciddə namaz qılırlar”.

APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev deyib. O bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qardaş kimi yaşayırlar: “Azərbaycan bu mənada öz multikultural təhlükəsizliyini təmin edə bilib. İslam dinində müxtəlif məzhəblər var. Bəzi ölkələr var ki, məzhəblərdən birini dövlət siyasəti elan edib və onun ətrafında birləşib. Şərq ölkələrində biz bu iki məzhəbin nümayəndələrinin son dərəcə qanlı, kəskin qarşıdurmasının şahidi oluruq. Azərbaycanda isə onlar sülh içində yaşayırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR