Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalmaqdadır

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalmaqdadır
# 02 noyabr 2015 10:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci ilin oktyabr ayının 1-ə 17 684,02 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 449,11 mln. manat və ya 16,32% azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, avqust ayı ilə müqayisədə sentyabrda geniş mənada pul kütləsi 50,25 mln. manat və ya 0,28% azalıb.

Ümumiyyətlə, 2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında geniş mənada pul kütləsi 997,86 mln. manat və ya 4,63%, yanvar ayı ilə müqayisədə fevralda bu göstərici 453,33 mln manat və ya 2,2%, fevral ayı ilə müqayisədə isə martda 607,77 mln. manat və ya 3,02%, mart ayı ilə müqayisədə apreldə 524,52 mln. manat və ya 2,69%, aprellə müqayisədə mayda 16,07 mln. manat və ya 0,08%, may ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 117,41 mln. manat və ya 0,62% azalıb, iyun ayı ilə müqayisədə iyulda geniş mənada pul kütləsi 6 mln. manat və ya 0,03% artıb. İyul ayı ilə müqayisədə avqustda geniş mənada pul kütləsi 1 121,13 mln. manat və ya 5,95% azalıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 7 998,9 mln. manat və ya 46,06% azalaraq oktyabrın 1-ə 9 368,9 mln. manat olub, sentyabrda isə 176,8 mln. manat və ya 1,85% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR