Göyçayda avtomobil yol ötürücüsünə çırpılıb, xəsarət alanlar var

Göyçayda avtomobil yol ötürücüsünə çırpılıb, xəsarət alanlar var
# 22 mart 2016 08:55 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində sürətlə hərəkət edən “BMW” markalı minik avtomobili yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Nəticədə Bakı şəhəri, Biləcəri qəsəbə sakini, 1954-cü il təvəllüdlü Yəhyazadə Xaliq Əli oğlu və Göyçay sakini, 2006-cı il təvəllüdlü Hüseynli Elmir Teymur oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR