Şəkidə fərdi evdə yanğın olub

Şəkidə fərdi evdə yanğın olub
# 19 noyabr 2015 00:13 (UTC +04:00)

Bakı-APA. Şəkidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağına yığılmış geyim əşyaları və sobanın ətrafında lambirdən ibarət divar üzlüyü 2 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR