Rusiyada jurnalistin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub

Rusiyada jurnalistin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub
# 06 may 2016 13:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın “Milli Xəbərlər Xidməti” agentliyinin redaktoru Aleksandr Rubtsovun qətlində şübhəli bilinən şəxsin adı məlum olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, həmin şəxsin adı Dmitri Lyudviqdir.

Moskvanın Kuntsev məhkəməsinin mətbuat katibi Tatyana Danşova bildirib ki, o, “qəsdlə adam öldürmə”, “ soyğunçuluq” və “sənədlərin, möhürlərin, ştampların, aksiz markaların, xüsusi markaların oğurlanması və ya xəsarət yetirilməsi” maddələri ilə təqsirli bilinir. Məhkəməyə onun haqqında həbs qəti-imkan tədbirinin seçilməsi barədə vəsatət daxil olub.

Xatırladaq ki, 35 yaşlı jurnalistin meyitini çoxsaylı kəsilmiş-deşilmiş yaraları və döyülmə əlamətləri ilə mayın 3-də anası yaşadığı evdə aşkar edib. Onun mənzili qarət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR