“Azneft” qaz hasilatı üzrə proqnozu 102% yerinə yetirib

“Azneft” qaz hasilatı üzrə proqnozu 102% yerinə yetirib
# 12 avqust 2016 12:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yeddi ayı ərzində “Azneft” Istehsalat Birliyi üzrə 3 mln. 663,9 min ton neft hasil edilib.

“Azneft” İB-dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin 7 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 3,2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 3,3 mlrd. kubmetrə bərabər olub. Plan 102,1% yerinə yetirilib.

Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk 7 ayı ərzində “Azneft”in sifarişi əsasında 32 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 43,8 min ton neft hasil edilib.

Ötən 7 ayda fəaliyyətsiz quyu fondundan 45 quyu nəzərdə tutulduğu halda 67 quyu istismara qaytarılıb. Bu quyulardan 10,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 25,3 min ton neft alınıb ki, bu da plandan 15,1 min ton çoxdur.

İlin əvvəlindən 370 geoloji tədbir keçirilib, nəticədə 95,4 min ton neft hasil edilib ki, bu da plana qarşı 25 tədbir çox və 14,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 24,4 min ton plana qarşı 31,1 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR