BP Azərbaycanda müəllimlər üçün kurikulum metodikasına dair bələdçi kitab və terminlər lüğəti hazırlayıb

BP Azərbaycanda müəllimlər üçün kurikulum metodikasına dair bələdçi kitab və terminlər lüğəti hazırlayıb
# 09 dekabr 2019 15:56 (UTC +04:00)

BP və onun "Azəri-Çıraq-Günəşli", Bak-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları müəllimlər üçün yuxarı siniflərin kurikulum metodikasına dair bələdçi kitabın və terminlər lüğətinin təqdimatını keçirib.

"APA-Economics"in məlumatına görə, bu layihə məktəblərdə və digər təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına dəstək olmaq məqsədilə həyata keçirilib.

"İnanırıq ki, bu kitablar müəllimlər üçün dəyərli vəsait olacaq və onlara innovativ və qabaqcıl tədris metodlarının və üsullarının tətbiqində əlavə bələdçilik edəcək", - deyə BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sözügedən kitab və lüğətin təqdimat mərasimində çıxış edərkən bildiriib.

Layihə zamanı 500 kitab və 3 000 lüğət dərc edilib. Dərc olunmuş materiallar müəllimlərə və təhsil mütəxəssislərinə təqdim ediləcək, habelə məktəblərə və digər təhsil müəssisələrinə hədiyyə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR