Son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılma sahəsi 15–20 faiz artıb

Son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılma sahəsi 15–20 faiz artıb
# 07 yanvar 2020 16:37 (UTC +04:00)

“Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqlarının sahəsində 1961–1990-cı illərin məlumatları ilə müqayisədə orta hesabla 15–20 % artım müşahidə olunur”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən, bu, Şin, Kiş, Dəmiraparan və Girdiman çaylarında daha çox müşahidə edilir. Bunun əsas səbəbi kimi sistemsiz otarma, meşələrin qırılması, turizm və iaşə obyektlərinin tikintisi, yol-inşaat işlərini qeyd etmək olar.

Hesabatda qeyd edilir ki, 1961–1990-cı illər üçün sel ocaqlarının ümumi sahəsi 1571 km2 (34%) təşkil edib. 1990–2018-ci illər üçün sel ocaqları mənbələrinin sahəsi 2312,9 km2 —50,1%-dir. Nəticə etibarilə son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılması sahəsi 15–20% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR