Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir - VİDEO

Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir - <span style="color: red;">VİDEO
# 05 mart 2015 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Martın 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olcağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 6-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Martın 7-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR