Gürcüstanda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Gürcüstanda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb
# 09 yanvar 2018 15:20 (UTC +04:00)

Gürcüstanın Pankisi dərəsində keçirilmiş xüsusi əməliyyat zamanı terrorçuluq fəaliyyətində şübhəli bilinən Zurab İdoidze adlı şəxs saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə istinadla verdiyi xəbərə görə, Z.İdoidzenin Omalo kəndində yerləşən evində axtarış aparılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Zurab Qornakaşvili adlı şəxslə terrorçu Əhməd Çatayev və onun tərəfdarlarına kömək etmək məqsədilə Türkiyənin Hopa şəhərinə səfər edib. Z.İdoidze və Z.Qornakaşvili Ə.Çatayev və onun qruplaşmasına aid üzvləri maşınla Türkiyə-Gürcüstan sərhədinin yaşıl zonasına aparıb.

Saxlanılan şəxsi 17 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, ötən ilin dekabrın 26-da Pankisi dərəsində keçirilmiş xüsusi əməliyat zamanı 3 nəfər saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş terrorçu Ə.Çatayevlə əlaqədə şübhəli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR