SOCAR ötən ay təyyarə yanacağının ixracını 40%-ə yaxın artırıb

SOCAR ötən ay təyyarə yanacağının ixracını 40%-ə yaxın artırıb
# 03 mart 2015 07:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 54 070 ton dizel yanacağı ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 37,2% azdır.

Ötən ay ölkədən 16 478 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 25,9% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində 0,58% çox və ya 165 227 ton dizel yanacağı, 39,7% çox və ya 32 470 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

Bu ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 572,95 dollar, təyyarə yanacağının - 575,60 dollar, dizel yanacağının - 539,09 dollar, 1% kükürdlü mazutun qiyməti 314,04 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR