Şəmkirdə qəza baş verib, yaralı var

Şəmkirdə qəza baş verib, yaralı var
# 29 dekabr 2015 13:43 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu Muxtariyyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistral yolla hərəkət edən “QAZ 3110” markalı avtomobillə yola çıxan “VAZ2106” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR