Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək
# 28 dekabr 2015 14:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Bu barədə “APA-Economics”ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR