Azərbaycan prezidenti Gəncədə tələbə yataqxanasının açılışında iştirak edib

Azərbaycan prezidenti Gəncədə tələbə yataqxanasının açılışında iştirak edib
# 17 fevral 2016 15:08 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı yataqxananın rəmzi açılışını bildirən lenti kəsib.

Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub.

Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda kərpiclə üzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR