Şəkidə çayxana yanıb

Şəkidə çayxana yanıb
# 20 mart 2016 05:41 (UTC +04:00)

Bakı -APA. Şəki rayonunda çayxana yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gecə Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan çayxananın çardağının yanar konstruksiyaları 4 kv.m sahədə və içərisində olan əşyalar 6 kv.m sahədə yanıb.

Çayxananın qalan hissəsi və içərisindəki digər əşyalar yanğından mühafizə olunub. Yanğın saat 05:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR