Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi yad olunub

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi yad olunub
# 11 dekabr 2015 11:34 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anım günü qeyd olunub. BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Rektor Elmar Qasımov Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışıb. O bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca hər zaman yaşayacaq. “Bu gün Azərbaycan ümummilli liderin ideyalarının davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə yaşayır, yaradır və gələcəyə əminliklə addımlayır ”- deyə, rektor bildirib.

Milli Məclisinin sədrinin müavini, İnsan hüquqları Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən söz açıb.

Sonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR