Ağ Ev: Obama dekabrın 1-də Ərdoğanla görüşəcək

Ağ Ev: Obama dekabrın 1-də Ərdoğanla görüşəcək
# 30 noyabr 2015 20:33 (UTC +04:00)

Bakı-APA. Dekabrın 1-də Parisdə ABŞ və Türkiyə prezidentlərinin görüşü keçiriləcək.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, bunu B.Obamanın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin köməkçisi Ben Rods bəyan edib.

“Barak Obama prezident Ərdoğanla sabah görüşəcək”, deyə B.Rods bildirib.

Ağ Ev nümayəndəsi görüşdə Rusiya-Türkiyə münasibətlərinə toxunulacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR