İşçi Qrupunun rəhbəri: “Azərbaycan üzərindən narkotiklərin qeyri-qanuni daşınma marşrutlarında dəyişiklik yoxdur”

İşçi Qrupunun rəhbəri: “Azərbaycan üzərindən narkotiklərin qeyri-qanuni daşınma marşrutlarında dəyişiklik yoxdur”
# 15 dekabr 2015 10:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İş Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib.

F. Şahverdiyev bu marşrutlarda hər hansı dəyişiklik olarsa, bunun Dövlət Komissiyasının rəsmi səhifəsində yerləşdiriləcəyini deyib.

Qeyd edək ki, hazırda Dövlət Komissiyasının rəsmi saytında narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan ciddi işlər nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələr tərəfindən İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa, İran-Azərbaycan-Rusiya-Ukrayna marşrutları ilə narkotiklərin daşıması hallarının aşkar edildiyi qeyd olunub.

Keçən il də narkotiklərin qeyri-qanuni daşınması ilə bağlı bu marşrutlar qeyd edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR