Gəncədə 5 otaqlı ev yanıb

Gəncədə 5 otaqlı ev yanıb
# 15 avqust 2016 02:05 (UTC +04:00)

Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülü 5 otaqlı yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb və yüksək temperaturdan evin plastikdən ibarət qapısı qismən əriyib.


Yanğından evin qalan hissəsi və qonşu evlər mühafizə olunub. Yanğın saat 00:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR