Ankara və İstanbulda Novruz bayramına həsr olunan konsert proqramı keçirilib

Ankara və İstanbulda Novruz bayramına həsr olunan konsert proqramı keçirilib
# 24 mart 2016 09:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. TÜRKSOY-un təşkilatçılığı ilə Ankara və İstanbulda türkdilli ölkələrin musiqiçilərinin ifasında Novruz bayramına həsr olunan geniş konsert proqramı təşkil edilib. APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunan bayram konsertində ölkəmizi “Çəngi” estrada folklor ansamblı və aşıq Əli Tapdıqoğlu təmsil edib.

Musiqiçilərin çıxışı zamanı onları tarda Mircavid Cəfərov və kamançada Şəhriyar Musayev müşayiət edib. Azərbaycanla yanaşı konsertdə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaqauziya, Bosniya-Hersoqovina, Monqolustan, Makedoniya, Türkmənistandan olan musiqiçilər çıxış ediblər.

Mərasimdə Türkiyənin dövlət və hökumət nümayəndələri, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Geniş konsert proqramından sonra TÜRKSOY rəhbərliyi ilə musiqiçilərin görüşü təşkil edilib.

Ansamblın bədii rəhbəri Mircavad Cəfərov və Aşıq Əli beynəlxalq təşkilatın təşəbbüsü ilə hər il bayram konsertlərinə qatıldıqlarını diqqətə çatdırıblar.

Türkdilli dövlətlərin təmsilçilərini daha sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qəbul edib.

Qeyd olunub ki, təmsilçilərin növbəti çıxışı Nyu-York və Vaşinqtonda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR