Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2,9 dəfə artırıb

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 2,9 dəfə artırıb
# 20 iyun 2018 14:07 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 53 mln. 328,61 min ABŞ dolları dəyərində 1 mln. 129 min 801,54 min kVt/saat elektrik enerjisi ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 736 388,15 min kVt/saat və ya 2,87 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 36 mln. 523,2 min dollar və ya 3,17 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycandan 16 mln. 805,41 min dollar dəyərində 393 min 413,39 kVt/saat elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,72%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR