Malena Mard: "Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını səbirsizliklə gözləyirik"

Malena Mard: "Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını səbirsizliklə gözləyirik"
# 02 noyabr 2016 13:40 (UTC +04:00)

Avropa İttifaqı qonşularını, o cümlədən Azərbaycanı demokratik, çiçəklənən və stabil ölkə kimi görmək istəyir.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa Qonşuluq Siyasətinin Şərq bölməsinin saytına müsahibəsində deyib.

O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir: “Azərbaycan bizim qonşumuzdur, qonşuluq isə çox vacibdir. Azərbaycan həmçinin Avropa İttifaqı üçün enerji sahəsində strateji tərəfdaşdır. Biz birgə layihəmiz olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını səbirsizliklə gözləyirik. Bizim üçün qonşuluğumuzda olan tərəfdaşlarımızla açıq və səmimi dialoq qurmaq çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR