Nazir: “TANAP layihəsi üzrə Azərbaycan və Türkiyədə işlər bitmək üzrədir”

Nazir: “TANAP layihəsi üzrə Azərbaycan və Türkiyədə işlər bitmək üzrədir”
# 06 sentyabr 2017 10:32 (UTC +04:00)

“Türkiyə, Azərbaycan və Gürcüstanın siyasi məsələlərdə və beynəlxalq arenada fikirləri üst-üstə düşür”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir enerji və nəqliyyat layihələrinə toxunaraq, bildirib ki TANAP layihəsi üzrə işlər Azərbaycan və Türkiyədə bitmək üzrədir: "Üç ölkənin iştirak etdiyi digər layihə Bakı-Tbilisi-Qars layihəsidir. Əminik ki, Türkiyədə dəmir yol xəttin tikintisi yaxın vaxtlarda başa çatacaq və Şərqlə Qərbi birləşdirən xətt yaxın vaxtlarda işə düşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR