Kataloniyada oktyabrın 1-də müstəqilllik barədə referendum keçiriləcək

Kataloniyada oktyabrın 1-də müstəqilllik barədə referendum keçiriləcək
# 09 iyun 2017 11:52 (UTC +04:00)

İspayinanın Kataloniya muxtar bölgəsi oktyabrın 1-də müstəqillik barədə referendum keçirəcək.

APA-nın “112.ua”-ya istinadən verdiyi məlumata görə, bu barədə bölgənin icra hakimiyyətinin başçısı Karles Puçdemont deyib.

Onun sözlərinə görə, referendumun keçirilməsi barədə qərar birtərəfli qaydada qəbul edilib. Bundan əvvəl mərkəzi hökumət ilə səsvermənin təşkili barədə keçirilən danışıqlar uğurla nəticələnməyib. Referenduma çıxarılan əsas sual “Kataloniya sakinləri bölgənin respublika idarəetmə formalı müstəqil dövlət olmasını istəyirmi ?” olacaq. Bir müddət əvvəl məlum olub ki, əgər mərkəzi hökumət Kataloniyanın İspaniyanı tərkibindən çıxmasına dair referenduma icazə verməsə, bölgə öz müstəqilliyi barədə bəyan edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR