Ötən il Azərbaycan Gürcüstandan 141 min şüşədən çox şərab idxal edib

Ötən il Azərbaycan Gürcüstandan 141 min şüşədən çox şərab idxal edib
# 04 yanvar 2018 09:31 (UTC +04:00)

2017-ci ildə Azərbaycan Gürcüstandan 141 294 şüşə şərab idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Şərab Agentliyinə istinadla xəbər verir ki, bu, 2016-cı ilin göstəricisindən 75% çoxdur.

Ötən il qonşu ölkə son 30 ildə rekord sayda şərab ixrac edib. Gürcüstan 53 ölkəyə 76,7 milyon şüşə şərab ixrac edib ki, bu da 2016-cı ilin göstəricisi ilə müqayisədə 54% çoxdur. İxrac olunmuş şərabdan əldə olunmuş gəlir 170 milyon dollar təşkil edib.

Gürcü şərabını ən çox idxal etmiş ölkələrin ilk beşliyinə Rusiya (47 778 920 şüşə), Ukrayna (8 502 554), Çin (7 585 407), Qazaxıstan (3 322 867) və Polşa (2 676 440) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR