TAP konsorsiumu boru kəmərinin keçəcəyi dəniz hissəsinin tikintisi ilə bağlı tender elan edib

TAP konsorsiumu boru kəmərinin keçəcəyi dəniz hissəsinin tikintisi ilə bağlı tender elan edib
# 11 iyun 2015 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin tikintisi üzrə konsorsium boru kəmərinin keçəcəyi dəniz hissəsinə boruların tədarükü ilə bağlı tender elan edib.

APA-Economics” TAP-ın rəsmi saytında yerləşdirilən xəbərə istinadən bildirir ki, tenderin keçirilməsində məqsəd Albaniya və İtaliyanın cənubu arasında 36 düym ölçülü boru kəmərinin EPC müqaviləsi üzrə - dizayn, təchizat, tikinti və quraşdırma üzrə dəniz hissəsində tikinti işlərin aparılmasıdır.

Tenderdə daha öncədən seçim mərhələsindən keçmiş şirkətlər iştirak edə bilər.

Konsorsium TAP kəmərinin dəniz hissəsində tikinti işləri ilə bağlı EPC müqaviləsini 2015-ci ildə imzalamağı və 2017-ci ildə tikinti işlərinə başlamağı planlaşdırır.

Qeyd edək ki, Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR