ABB-nin hesabına BOKT-ların maliyyə sisteminin aktivlərində payı 24%-i ötüb

ABB-nin hesabına BOKT-ların maliyyə sisteminin aktivlərində payı 24%-i ötüb
# 06 mart 2017 13:30 (UTC +04:00)

2016-cı ildə maliyyə sisteminin aktivlərinin həcmi 43 mlrd. manat təşkil edib ki, bu da ÜDM-in 71,1%-nə bərabərdir. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan hökumətinin 2016-cı il üzrə hesabatında deyilir.

Bildirilir ki, banklar cəmi aktivlərin 73,2%-nə sahib olmaqla, sektorda dominant rola malikdir. 2016-cı ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) toksik aktivlərinin "Aqrarkredit" ASC-yə ötürülməsi hesabına bank olmayan kredit təşkilatlarının cəmi aktivlərdə payı 24,3%-dək yüksəlib.

Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə töhfəsi daha zəifdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR