Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində 3 medal qazanıb

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində 3 medal qazanıb
# 11 may 2015 08:12 (UTC +04:00)

Bakı – APA. Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 35 idmançı (23 kişi, 12 qadın) qatılan Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb.

Belə ki, bütün görüşlərini qələbə ilə başa vuran Nicat Şixəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlubiyyət acısı yaşayan Elmar Qasımov (100 kq) isə ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yığması komanda hesabında 48 ölkə arasında Rumıniya ilə 1-2-ci yerləri bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR