Azərbaycan cüdoçusu “Masters” turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu “Masters” turnirində bürünc medal qazanıb
# 13 dekabr 2019 14:54 (UTC +04:00)

Azərbaycan yığması Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində ilk medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, fəxri kürsüyə millinin Olimpiya mükafatçısı Rüstəm Orucov qalxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Orucov ilk qarşılaşmasında özbəkistanlı Xikmatillox Turayevlə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Tohar Butbulla (İsrail) güləşib. Döyüş rəqibin qələbəsi ilə başa çatıb.

Rüstəm çempionluq şansını itirsə də, təsəlliverici görüşə qatılıb. Cüdoçu kanadalı Artur Marqelidonla qüvvəsini sınayıb və qalib gəlib. Həmyerlimiz 3-cü yer uğrunda qarşılaşmada Akıl Qyakovanı (Kosovo) sınağa çəkib. Qələbə qazanan Orucov "Mesters"in bürünc medalına sahib olub.

Onunla eyni çəkidə yarışan Hidayət Heydərov isə mübarizəni medalsız başa vurub. O, ilk görüşündə Daqa Qinqi (Çin) məğlub etsə də, ardınca yaponiyalı Masaşi Ebinumaya uduzub.

Qeyd edək ki, sabah başa çatacaq “Masters”ə Azərbaycan 11 cüdoçu ilə yollanıb. Yarışın ilk günündə 4 idmançımız medalsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR