“Milan Expo 2015”dəki Azərbaycan pavilyonunda “Milli gün”ün videoçarxı yayımlanıb - FOTOSESSİYA - VİDEO

“Milan Expo 2015”dəki Azərbaycan pavilyonunda “Milli gün”ün videoçarxı yayımlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 iyul 2015 11:40 (UTC +04:00)

Bakı - APA. “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunu 1 milyondan çox adam ziyarət edib.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, dörd mərtəbəli pavilyonda ziyarətçilərə Azərbaycanın çoğrafi mövqeyi, təbiəti, tarixi, mədəniyyəti, insanları, adət-ənənəsi, turizm imkanları barədə interaktiv formada geniş məlumat verilir.

Hər gün minlərlə insanın növbə gözləyərək pavilyonla tanış olmaq arzusu Azərbaycana və milli pavilyona marağı əks etdirir. Azərbaycana virtual olaraq havadan, sudan, qurudan səyahət, milli musiqi alətləri ilə interaktiv tanışlıq, Azərbaycanın flora və faunasının rəngarəngliyini əks etdirən bağça və digər bölmələr pavilyonda ölkəmizi öz xüsusiyyətləri ilə görüb-tanımağa imkanlar yaradır.

İyulun 9-da milli pavilyonda təşkil edilən “Milli gün” isə ziyarətçilərin böyük marağına səbəb olub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

“Milli gün” çərçivəsində, həmçinin Azərbaycan incəsənət ustalarının çıxışı təşkil olunub.

Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Sərgi oktyabrın 31-dək davam edəcək. Bu müddətdə Milana səfər zamanı “Expo 2015”in incisi sayılan Azərbaycan pavilyonunu görmək fürsətini qaçırmayın!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR