Naxçıvanın ticarət dövriyyəsində ixrac idxalı 7,2 dəfə üstələyib

Naxçıvanın ticarət dövriyyəsində ixrac idxalı 7,2 dəfə üstələyib
# 17 dekabr 2019 15:39 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin müvafiq dövründəki göstəricini 0,4% üstələyərək 437,6 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricinin 384,5 mln. dolları ixracın payına düşüb ki, bu da ötən ilin göstəricisini 0,3% üstələyib.

Hesabat dövründə idxalın həcmi 1,5% artaraq 53,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR