Çeçenistanda qətl törədən Azərbaycan vətəndaşı 15 il azadlıqdan məhrum edilib

Çeçenistanda qətl törədən Azərbaycan vətəndaşı 15 il azadlıqdan məhrum edilib
# 21 oktyabr 2014 07:53 (UTC +04:00)

APA-nın Çeçenistan Prokurorluğunun saytına istinadən verdiyi məlumata görə, F. Nuhov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə), 158-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə (başqasının əmlakını xüsusilə iri miqdarda oğurlamaq) ittiham olunaraq 15 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı zamanı sübut olunub ki, F. Nuhov evində qaldığı qadını boğub öldürərək onun 1 milyon rubldan çox dəyəri olan əmlakını ələ keçirib. F. Nuhov bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Lakin apellyasiya rədd edilib və hökm qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR