Fransa Suriyadakı İŞİD qüvvələrinə qarşı əməliyyata qoşula bilər

Fransa Suriyadakı İŞİD qüvvələrinə qarşı əməliyyata qoşula bilər
# 25 sentyabr 2014 10:26 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Hazırda Fransanın Suriyadakı İŞİD qüvvələrinə qarşı hava hücumlarına qoşulması müzakirə olunur.

APA - nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Fransa müdafiə naziri Jan-İv Le Drian deyib.

“Bu gün belə bir imkan yoxdur. Bildiyiniz kimi, İraqda önəmli vəzifəmiz var. Bununla belə növbəti günlərdə vəziyyəti diqqətdə saxlayacağıq və uyğun addımlar atacağıq”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR