Boluda V Beynəlxalq Koroğlu Simpoziumu keçirilib - FOTOSESSİYA

Boluda V Beynəlxalq Koroğlu Simpoziumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 oktyabr 2014 14:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Türkiyənin Bolu bölgəsinin Abant İzzət Baysal Universitetində V Beynəlxalq Koroğlu Simpoziumu keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva da iştirak edib.

O, çıxışında bütün türk dünyasında Koroğluya sahiblənmənin önəmindən bəhs edib. Bu cür sahiblənməni ortaq dəyərlərimizə, tariximizə sahiblənmə olaraq görən Q.Paşayeva bununla gəncliyin və gənclərin daha sağlam addımlarla irəliləməsinin təmin ediləcəyini bildirib. “Koroğlu” qəhrəmanlığının Azərbaycan və azərbaycanlılar üçün önəmi məsələsinə toxunan Q.Paşayeva bütün Şərqdə və türk dünyasında ilk “Koroğlu” operasının məhz Azərbaycanda yazıldığını söyləyib. “Azərbaycanda Koroğlunun heykəli var. Boluda da Koroğlunun heykəlinin qoyulması sevindiricidir. Onların sayı türk dünyasının müxtəlif bölgələrində nə qədər çox olsa? o qədər yaxşıdır”.

Millət vəkili türk dövlətlərinin birlikdə Koroğlu ilə bağlı beynəlxalq səviyyəli film çəkməsinin vacibliyindən də danışıb və türk dövlətlərinin mədəniyyət nazirlərinə cağırış edib. O bildirib ki, Azərbaycanda və Türkiyədə uzun illər əvvəl Koroğlu ilə bağlı film çəkilib, amma artıq dünyada nümayiş oluna biləcək səviyyədə bir Koroğlu filminin çəkilməsinə ehtiyac var.

Bolu bələdiyyəsinin Koroğlu irsi ilə bağlı UNESCO ilə əməkdaşlığa başlamasına toxunan Q.Paşayeva Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu istiqamətdəki böyük fəaliyyətindən danışıb.

Simpoziumda çıxış edən Bolu bələdiyyə başçısı müavini Emine Davarçıklıoğlu Koroğlunun Bolunun simasına çevrildiyini bildirib. Daha sonra simpozium ayrı-ayrı panellərdə alimlərin çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR