Rəis müavini: "Azərbaycan-Rusiya sərhədindəki problem aradan qaldırılıb"

Rəis müavini: "Azərbaycan-Rusiya sərhədindəki problem aradan qaldırılıb"
# 14 noyabr 2016 07:07 (UTC +04:00)

Son günlərdə Azərbaycan-Rusiya sərhədində yaranan nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problem aradan qaldırılıb. Bunu APA-nın yerli bürosuna Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-keçid məntəqəsinin rəis müavini Cavid Nadirov məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə aparılan danışıqlardan sonra gün ərzində qonşu ölkəyə buraxılan maşınların sayı artıb: "Hazırda gündəlik 150-160 yük maşını Rusiyaya keçir. Bundan əvvəl isə bu rəqəm 100 idi".

Qeyd edək ki, mövcud vəziyyətlə tanış olmaq üçün noyabrın 12-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda olub.

Bundan başqa, problemi aradan qaldırmaq məqsədilə iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında sərhəddə görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR