Səfir: “Meksika iş adamları Azərbaycanda turizm sahəsində iş qurmaq istəyir”

Səfir: “Meksika iş adamları Azərbaycanda turizm sahəsində iş qurmaq istəyir”
# 29 noyabr 2016 10:04 (UTC +04:00)

“Meksika iş adamları Azərbaycanda otel biznesi və turizm sahəsində iş qurmaq niyyətindədir”.

APA-nın xəbərinə görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib. O bildirib ki, iki ölkənin ticarət dövriyyəsi 2015-ci ildə ən yüksək göstəriciyə çatıb və 22 milyon dollar olub. Bu ilin 9 ayında bu tendensiya saxlanıb.

Səfir qeyd edib ki, Meksikadan Azərbaycana əsasən şəkər çuğunduru, borular ixrac olunur. O, artıq üç həftədir ki, səfirliyin konsulluq şöbəsində Meksikaya səfər üçün turist vizaları verildiyini açıqlayıb. Viza 6 aylıq müddətə, 36 dollara verilir. Meksikaya gedən Azərbaycan vətəndaşı bu ölkədə nə qədər qalacağı barədə yerli miqrasiya orqanını məlumatlandırmalıdır. Ötən il 150 Azərbaycan vətəndaşı Meksikaya səfər edib. Bu il isə rəqəmin 500-ə çatacağı gözlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR