Ukraynanın Xarkov vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Ölənlərdən ikisi azyaşlıdır.
Hadisə nəticəsində xəsarət alan şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəb “Volvo-570” markalı avtomobilin idarəetməni itirərək xəndəyə düşməsi olub.