Bakı Yapon Filmləri Festivalı keçiriləcək

Bakı Yapon Filmləri Festivalı keçiriləcək
# 26 yanvar 2017 12:01 (UTC +04:00)

Azərbaycanda yapon mədəniyyətinin tanıdımı məqsədilə 27-29 yanvar tarixləri arasında Bakı Yapon Filmləri Festivalı keçiriləcək.

Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, festival çərçivəsində 5 filmin nümayişi planlaşdırılır. Bunlar “Sən yaxşı uşaqsan”, “Məktub”, “Çevrəmizdəkilər”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları” filmləridir.


“Adı çəkilən tədbir Azərbaycan xalqına Yaponiya mədəniyyəti və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq üçün gözəl fürsət yaradacaq və iki millət arasında daha yaxşı qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcək”, - deyə səfirlikdən bildirilib.


”Landmark Kinoklub”da nümayiş olunacaq filmlər yanvarın 27-də saat 19:00-da, yanvarın 28-29-da saat 13:00, 16:00 və 19:00-da Azərbaycan dilində alt yazı ilə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR