ANAMA ötən ay 1048 hərbi sursat, 34 mina aşkar edərək zərərsizləşdirib

ANAMA ötən ay 1048 hərbi sursat, 34 mina aşkar edərək zərərsizləşdirib
# 10 mart 2017 09:09 (UTC +04:00)

2017-cı ilin fevral ayı ərzində 1 368 831 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, 1048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti, 131 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894-dür.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR