Nazir: “2015-2016-cı illərdə Göygöl Milli Parkını 265 min turist ziyarət edib”

Nazir: “2015-2016-cı illərdə Göygöl Milli Parkını 265 min turist ziyarət edib”
# 06 may 2017 10:39 (UTC +04:00)

"Milli parklarda xidmət infrastrukturunun yaradılması sayəsində eko turistlərin sayı kəskin artıb".

APA-nın xəbərinə görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun “Heydər Əliyevin ideyaları və dərin islahatlar strategiyası” adlı kitabda dərc olunan yazısında bildirilir.

H. Bağırov qeyd edib ki, Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən otel kompleksi istifadəyə verilib: “Bunun sayəsində təkcə 2015-2016-cı illərdə Göygöl Milli Parkını 265 min turist ziyarət edib”.

Nazir qeyd edib ki, hazırda ümumi sahəsi 893 min hektar olan, xüsusi mühafizə edilən təbiət əraziləri, 9 milli park, 11 dövlət təbiət qoruğu fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR